Zərdabda yol qəzası-3 yaralı

media-hightechnic-468x90

3348027d819dcb0167fa9e8e23500a60Zərdabda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag apa-ya istinadən bildirir ki, hadisə bu gün axşam saat 20:00 radələrində, Zərdab – Mollakənd yolunun Zərdab rayonunun Dəliquşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Dəkkəoba kənd sakini, 45 yaşlı Bayraməliyev Sədrəddin Cəllad oğlunun idarə etdiyi VAZ-2106 markalı maşınla, Dəliquşçu kənd sakini 36 yaşlı Soltanov Dəyanət Həbib oğlunun idarə etdiyi VAZ-2106 markalı maşın toqquşub. Nəticədə hər iki sürücü və D. Soltanovun maşınında sərnişin qismində olan 8 yaşlı oğlu Soltanov Həbib Dəyanət oğlu müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.

Xəstəxanadan APA – ya verilən məlumata görə, hər üç yaralıya ilkin tibbi yardım göstərilib, onlar Göyçay Mərkəzi Rayon xəstəxanasına göndəriliblər. Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis şöbəsində araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600