“Zərdabi Mətbuat Mərkəzi” “dəyirmi masa” keçirdi-Foto

media-hightechnic-468x90

unnamed (1)“Zərdabi Mətbuat Mərkəzi” Salyanda İB “Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirdi

Mayın 14-də Salyan Rayon Mərkəzi Kitabxanasında “Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib. “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması” layihəsi çərçivəsində baş tutan tədbirdə Salyanda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, media qurumlarının təmsilçiləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri, tələbələr və gənclər iştirak ediblər.

Toplantını giriş sözü ilə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov açaraq bildirib ki, qədim və zəngin ənənələrə malik Salyan həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olub. Bu baxımdan rayonda qəhrəmanlıq tarixinin yaşadılmasına böyük önəm verilir. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvlərinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. İcra başçısının müavini həmçinin Salyanda milli vətənpərvərlik təbliğatının artırılması məqsədilə gerçəkləşdirilməkdə olan tədbirlər barədə məlumat verib. Yerli gənclərin hərbi hissələrdəki vəziyyətlə tanış olmaları üçün gələcəkdə bir sıra təşəbbüslərin reallaşdırılacağını diqqətə çatdırıb.

“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri, “Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması” layihəsinin koordinatoru Rəhim Hüseynzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilməkdə olan layihə 2015-cü ilin aprel-iyul aylarını əhatə edir. «Çoxəsrlik qəhrəmanlıq ənənələrinə malik Azərbaycan xalqının əldə etdiyi ən böyük nemət dövlətçilikdir. İstər qədim dövrlərdə, istər orta əsrlərdə, istərsə də yeni və ən yeni tarix mərhələsində məhz qəhrəmanlıq keyfiyyətlərinə sadiqlik nəticəsində dövlət qurmağı və onu qorumağı bacarmışıq. Hesab edirik ki, Vətən torpaqları uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini yaşatmaq təkcə mənəvi borc deyil, eyni zamanda Azərbaycanın gələcəkdə də müstəqil dövlət kimi öz varlığını qoruması baxımından son dərəcə önəmlidir. Mövcud layihə bunu dəyərləndirmək, cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsini, Milli Qəhrəmanlarımızın rəşadətli həyat yolunun cəmiyyətə yaxından çatdırılması ilə bağlı ölkə miqyasında gedən proseslərə dəstək göstərilməsini nəzərdə tutur», – deyən R.Hüseynzadə Milli Qəhrəmanların sistemli dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Şəhid ailələrinə, müharibə veteranlarına həssas yanaşılmasını önəmli hal kimi dəyərləndirib.

“Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması” layihəsinin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edib. O, çıxışında bu dəyərlərin qorunmasında xüsusi missiyası olan təşkilatların, müharibə veteranlarının və ağsaqqalların görməli olduqları işlərin təhlilini verib. Mövcud prosesdə medianın üzərinə böyük missiyanın düşdüyünü bildirib, media peşəkarlığının müxtəlif aspektlərinə nəzər salıb, konkret situasiyaların təhlilini verib.
“Ərgünəş” Nəşriyyatının direktoru, yazıçı-publisist Oqtay Əiyev erməni təcavüzünün başlandığı dövrdə Füzulidə yerli qəzetin baş redaktoru kimi çalışdığını, eyni zamanda müharibə iştirakçısı olduğunu deyib. “Layihə Milli Qəhrəmanların adı ilə bağlıdır. Azərbaycanın hər bir bölgəsində bu ada layiq görülmüş insanlar var. Salyanda onların sayı 2 nəfərdir: unudulmaz şairimiz Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli və Aydıngün kəndində boya-başa çatmış Nazim Babayev. Onları bütün Azərbaycan tanıyır. Bu günlərdə çapdan çıxacaq “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları” kitabımda bu iki qəhrəmanımızın da şərəfli ömür yoluna nəzər salınıb”, – deyən O.Əliyev Milli Qəhrəmanlara münasibətin Ulu Öndər Heydər Əliyev nümunəsindən misallar çəkib. Bu dəst-xəttin Prezident İlham Əliyev tərəfindən də davamının bütövlükdə cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirib. O.Əliyev həmçinin Azərbaycan dövlətinin qəhrəman övladlarımızın media müstəvisindəki təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Tağı Həsənov çıxışında öncə Qarabağ müharibəsində iştirakçısı olduğu döyüş əməliyyatlarından söz açıb. O, Milli Qəhrəmanların, eləcə də müharibədə şücaət göstərmiş digər şəxslərin cəmiyyətə daha yaxından tanıdılmasının zəruriliyindən danışıb. Bu baxımdan bir sıra örnək nümunələri xatırladıb. O, eyni zamanda təmsil olunduğu qurumun Salyanda hərbi vətənpərvərlik təbliğatının daha da gücləndirilməsi məqsədilə gördüyü işlərdən bəhs edib.

«Dəyirmi masa»da çıxış edənlərdən Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri Cəmiyyətinin Salyan Rayon Şöbəsinin sədri Arif Əsgərov, Salyanda rayonu “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının müəllimi Sahib Həsənov, şair, publisist və jurnalist Zabil Pərviz və başqaları “Zərdabi Mətbuat Mərkəzi” İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu bildiriblər, mövcud prosesdə medianın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd ediblər. Tədbirdə bu baxımdan media peşəkarlığının aspektlərinə nəzər salınıb, təkliflər səsləbdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600