Reklam: High Technic
hightechnic

Zəvvarları daşıyan avtobus aşdı - 50 ölü

Hindistanda zəvvarları daşıyan avtobus dərəyə aşıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər ölüb. Ölənlərin arasında uşaqlar da var. Yaralı sayı təxminən 12 nəfərdir.

Avtobusda 62 nəfər olduğu bildirilib.

Bu, son bir neçə ildə Hindistanda baş verən ən ağır yol qəzası hesab edilir.

Polis qəzaya ilkin səbəb kimi əyləcin işləməməsini göstərir.

www.yenicag.az

897