Zibilxanada partlayış: 11 yaşlı uşağın üzü yandı – Fotolar

Türkiyədə bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Ərzurumda zibilxanada partlayış baş verib. İlkin ehtimala görə, partlayışa səbəb ətir qabı olub. Hadisə nəticəsində 11 yaşlı Vedat Arslan əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

5-ci sinif şagirdi olduğu məlum olan V.Aslan zibil atmaq üçün evlərinin yaxınlığındakı sahəyə getdiyini və partlayışın qəfil baş verdiyini deyib:

“Zibili atdığım zaman qəfil partlayış oldu. Alovun üzümə doğru gəldiyini görəndə, əlimlə gözlərimi bağladım. Bu zaman yoldan keçən müəllimim dərhal məni maşına qoyub xəstəxanaya apardı”.