!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ziraat Bank Azərbaycan" VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu - FOTOLAR

!Reklam – Yazi

03-04 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, həmçinin Mastercard-ın qlobal tərəfdaşlığı ilə VIII Beynəlxalq Bankçılıq Forumu (IBF 2024) keçirilib. 

Yenicag.az xəbər verir ki, “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçirilən forumun rəsmi tərafdaşlarından biri “Ziraat Bank Azərbaycan” olub.

İki gün davam edən tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının rəhbərləri və mütəxəssisləri bir araya gələrək maliyyə və bank sektorundakı innovativ həlləri, rəqəmsallaşma proseslərini, ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.

Tədbir maliyyə texnologiyalarında gələcək tendensiyalara dair fikir mübadiləsi üçün geniş platforma yaradıb.

Forumda iştirak edən “Ziraat Bank Azərbaycan”, tədbirə verdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafata layiq görülüb.

“Ziraat Bank Azərbaycan” ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 9 filialı, eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Facebook, Instagram, Twitter, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv