“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə yeni təyinat olub

media-hightechnic-468x90

Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun daxilində həyata keçirilən dövrü yerdəyişmələr ilə əlaqədar olaraq Ekrem Furat İdarə Heyətininin yeni üzvü seçilib.

media-banner_tkm

Qeyd edilib ki, həmçinin parallel olaraq Ahmet Kudret İşler Ziraat Bank Azərbaycandan ayrılaraq “T.C. Ziraat Bankası” A.Ş.-da yeni vəzifəyə təyin olunub.

Bildirilib ki, Ekrem Furat 15 illik zəngin bank təcrübəsinə malikdir. O, peşəkar karyerasına 2007-ci ildə “T.C. Ziraat Bankası” A.Ş.-da başlayıb. 2008-2020-ci illər ərzində Kreditlərin Təhlili Departamentində müxtəlif vəzifələrdə çalışan Ekrem Furat, 2021-ci ildən filial rəhbəri vəzifəsində fəaliyyət göstərib. 26 fevral 2024-cü ildə Ziraat Bank Azərbaycana İdarə Heyəti Üzvü vəzifəsinə təyin edilib .

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05