Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Zirə”nin fəxri prezidentinə yeni vəzifə

Reklam: High Technic

“Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədov “Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”nə icraçı direktor təyin olunub.

Yenicag.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr tarixli fərmanı ilə yaradılıb.

Orxan Məmmədov 1984-cü ildə iyulun 1-də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib. Əmək fəaliyyətinə 2006-ci ildən Sənaye və Energetika nazirliyində başlayıb, 2007-ci ildən İqtisadiyyat nazirliyin Sahibkarlığın inkişafı siyasəti və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.

www.yenicag.az

1479
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS