“Zirə”nin hakimi söyən futbolçusu cəzalandırıldı

media-hightechnic-468x90

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıda son 1 həftədə baş tutan oyunlardakı neqativ hallar müzakirə olunub.

U-17 Liqasında, “Zirə” – “Mil-Muğan” matçının 83-cü dəqiqəsində birincilərin futbolçusu Pərviz Məmmədov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb.

U-15 Liqasında, “Viləş” – “Səbail” matçının 70+3-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Emin Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaya məruz qalıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa