“Zirə”nin qapçısı “Qəbələyə” keçir

“Zirə” futbol klubu qapıçı Anar Nəzirovla yollarını ayırıb.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

34 yaşlı qolkiperə göstərdiyi xidmətləri qarşılığında minnətdarlıq edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Nəzirov karyerasını “Qəbələ”də davam etdirəcək. Onunla müqavilə tezliklə bağlanılacaq.

“Zirə” daha əvvəl müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Vüsal İsgəndərli ilə də vidalaşıb. Əvəzində “Sumqayıt”dan müdafiəçi Bəxtiyar Həsənalızadə transfer olunub.