Ziya Məmmədov marşrut sahiblərinə xəbərdarlıq etdi

media-hightechnic-468x90

ıçılçBakı şəhərinin ictimai nəqliyyatında avtobusların hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər.

Bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. İctimai nəqliyyatın tam şəkildə özəl sektora məxsus sahə olduğunu deyən nəqliyyat naziri bildirib ki, avtobus sürücülərinin mədəniyyət problemi ən ağrılı məsələlərdəndir. Bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, yəni şirkət rəhbərləri avtobus sürücülərinin sərnişinlərə mədəni şəkildə xidmət göstərməsinə məsuliyyət daşıyırlar. Nəqliyyat Nazirliyi bununla bağlı dəfələrlə xəbərdarlıq edib, müvafiq tövsiyələr verib.

Nazir qeyd edib ki, hər sürücüyə fərdi nəzarətçi təyin etmək mümkün deyil: “Hər bir kəs normativlərə, cədvəllərə əməl etməlidir. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda sınaq aparılır, əgər nəticələri uğurlu olarsa, paytaxtın ictimai nəqliyyatında bütün avtobuslarda bu qayda tətbiq olunacaq” (AzərTAc).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600