!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zümrüddən boşanma xəbərinə REAKSİYA: "Bu addımı ona görə atdım ki..."

!Reklam – Yazi

“Mən həyat yoldaşımdan boşanmamışam, biz hər zaman olduğu kimi bir yerdəyik”.

Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova bunu Yenicag.az-a açıqlamasında həyat yoldaşndan boşanması ilə bağlı yayılan xəbərə cavab olaraq deyib.

Aktrisa sənəd üzərində müvəqqəti olaraq boşandıqlarını bildirib:

“Mən əvvəllər Qasımova soyadı ilə tanınmışam. Ailə quranda həyat yoldaşımın soyadını da götürdüm. Amma hamı məni Qasımova kimi tanıdığı üçün qərara gəldim ki, öz soyadımda qalım. Bu səbəbdən boşandıq, artıq onun soyadını daşımıram. İnşallah, yenidən kəbinə gedəcəyik. Nə boşanmaq, biz hər zaman bir-birimizi sevmişik və bir yerdəyik”.

Qeyd edək ki, manset.az saytı aktrisanın boşandığına dair rəsmi sənəd – nikahın pozulması haqqında şəhadətnamə yayımlayıb.

Cəvahir

www.yenicag.az

894
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv