Norveçdə məhkəmə mikroavtobusda 80 kq-dan çox həşiş saxladığına görə bir nəfəri 6 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, bu barədə yerli NRK nəşri məlumat yayıb .
Saytın verdiyi məlumata görə, Sor-Roqaland rayon məhkəməsi bir nəfəri mikroavtobusda 80 kq-dan çox həşiş saxladığına görə 6 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd olunur ki, narkotik vasitə gömrük əməkdaşı iti məhkumun furqonunun yanından keçərkən aşkar edilib və it ona reaksiya verib. Gömrük işçisi polisə müraciət etdikdən sonra furqondan 80,7 kq. həşiş və 650 qram kokain aşkar edilib.
Qəzet əlavə edib ki, həşişin bir qramı təxminən 200 Norveç krona (təxminən 18 dollar) civarındadırsa, həmin şəxsin avtomobilindən tapılan həşiş 16 milyon Norveç krona (təxminən 1,4 milyon dollar) bərabərdir.
Nəsimi Ələsgərli
www.yenicag.az