1 milyard kubmetr qazın alınmasına dair müqavilə imzalanacaq

media-hightechnic-468x90

Rovnag_Abdullayev_080413Bolqarıstan “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının qəbul nöqtəsini Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatanadək müəyyənləşdirməlidir.

Bunu şənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, “Bulgargaz” “Şahdəniz” layihəsi çərçivəsində 1 milyard kubmetr qazın satın alınmasına dair müqavilə imzalayıb və 2019-cu ilin sonunadək Türkiyə və ya İtaliya sərhədində qazın qəbul nöqtəsini müəyyənləşdirməlidir.

Bolqarıstanın qazı əsas tədarüklərin başlamasınadək əldə etmək niyyəti ilə bağlı sualı cavablandıran R.Abdullayev deyib ki, bunun üçün texniki şərait olmalıdır və bu məsələyə baxılmalıdır.

Qeyd edək ki, ARDNŞ və “Bulgargaz” bu ilin sentyabrında Bakıda “Bulgartransgaz” ilə niyyət və anlaşma memorandumu haqqında protokol imzalayıblar.  (trend.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa