1 milyonluq dələduzluz - Hökm oxundu

media-hightechnic-468x90

Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Yenicag.az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Aqil Qədirovun 12 il, Elnur Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Cinayət işində 33 zərərçəkmiş var.

“Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600