!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 manat üstündə qan töküldü

!Reklam – Yazi

98245Bu gün axşam saatlarında Astara rayonundan Lənkəran rayon mərkəzi xəstəxanasına ağır vəziyyətdə iki nəfər gətirilib.

Yenicag.az xəbər verir ki, rayonun Əsxənəkəran kənd sakini, 52 yaşlı İradə Xudatovanın dağdan yıxıldığı deyilir.

Qapalı kəllə beyin travması diaqnozu ilə travmatalogiya şöbəsinə yerləşdirilən qadının üzərində travmatik əməliyyat aparılıb.

Çoxlu qan itirən xəstənin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Astara rayonunun Vaqo kənd sakini, 31 yaşlı Elşad Qasımov isə şəxsi münasibətlər zəminində rayonun Təngərud kənd sakini, adı hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bılçaqlanıb. 15 bıçaq yarası alan Elşad Qasımov təcili əməliyyata götürülüb.

Aldığı xəsarətlərdən çoxlu qan itirən yaralının vəziyyətini həkimlər kritik qiymətləndirir. Əldə edilən məlumata görə, mübahisə 10 manat pul üstündə düşüb.

Hər iki faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv