10 ölkənin səfirinə MƏRASİM QADAĞASI qoyuldu - Diplomatik CƏZA

media-hightechnic-468x90

Həbsdə olan Osman Kavalanın azadlığa buraxılması üçün Türkiyə hakimiyyətinə çağırış edən 10 ölkənin səfirinə sanksiya tətbiq olunub.

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, ABŞ, Almaniya, Fransa, Kanada, Niderland, İsveç, Norveç, Yeni Zelandiy, Finlandiya və Danimarkanın Türkiyədəki səfirləri Cümhuriyyət Bayramı ilə bağlı rəsmi mərasimə dəvət edilməyib.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bayram münasibətilə “Anıtkabir” ziyarətindən sonra Prezident Sarayında diplomatik korpus nümayəndələrindən təbrikləri qəbul edib.

Adları qeyd olunan ölkələrin səfirləri isə mərasimə dəvət edilməyib və bu barədə onlara öncədən məlumat verilib.

Qeyd olunur ki, həmin ölkələrin səfirlərinə tətbiq olunan “mərasim qadağası” hələ bir müddət qüvvədə saxlanılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600