“Azərsun Holdinq” Milli mətbuat Günü  münasibəti ilə tədbir keçirib - FOTOLAR

media-hightechnic-468x90

“Azərsun Holdinq” ölkənin aparıcı media nümayəndələri üçün qeyri-rəsmi formatda görüş təşkil edib. Tədbirdə ölkənin aparıcı informasiya agentliklərinin, çap və onlayn media qurumlarının nümayəndələri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllim heyəti, Azərbaycan Mətbuat Şurasının üzvləri iştirak ediblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, görüş səhər yeməyi süfrəsi ətrafında səmimi söhbətlə başlayıb. Tədbir iştirakçıları media sahəsində son tendensiyalar, peşəkar jurnalistikanın cəmiyyət üçün əhəmiyyəti, informasiya mühitində keyfiyyətli və operativ xəbərin rolu, eləcə də media ilə özəl sektor arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Tədbirin daha yaddaqalan hissəsi isə jurnalistlər arasında təşkil olunan intellektual yarış olub. Komandalar müxtəlif mövzular üzrə biliklərini sınayaraq maraqlı mübarizə aparıblar. Yüksək rəqabət və pozitiv atmosfer şəraitində keçən yarış iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Yarışın yekun nəticələrinə əsasən ən yüksək nəticə göstərən üç komanda “Azərsun Holdinq” tərəfindən mükafatla təltif olunub.

Görüş media nümayəndələrinin bir araya gəlməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün məhsuldar platforma rolunu oynayıb.

“Azərsun Holdinq” media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına daim xüsusi önəm verir. Qeyd edək ki, şirkət qrupu media ilə əməkdaşlığın genişləndirilməsi, davamlı dialoqun qurulması və birgə layihələrin həyata keçirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif formatlı tədbirlər təşkil edir.

media-1784019023_img_0740 media-1784019023_img_0690 media-1784019022_img_0111 media-1784019022_img_0096 media-1784019021_0q2a4054 media-1784019021_0q2a4033 media-1784019024-img_0654

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05