Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud, Təşkilatın direktoru Mustafa Özcan və baş katibin icraçı köməkçisi Muhammad Bilal Xan ilə görüşüb.

media-banner_tkm

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünün irəli sürüldüyünü xatırladıb. O qeyd edib ki, məhz dövlətimizin başçısının bu təşəbbüsü çərçivəsində ötən il Azərbaycanda ilk dəfə D-8 Media Forumu keçirilib. D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətə başlaması isə həmin təşəbbüsün məntiqi davamıdır.

Sohail Mahmud öz növbəsində Azərbaycanda D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması münasibətilə təbriklərini çatdırıb və buna görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı Mərkəzin D-8-ə üzv dövlətlərin media nümayəndələrinin peşəkar hazırlığı, süni intellekt və media sahələrində yeni çağırışların müzakirəsi, dezinformasiyaya qarşı mübarizə istiqamətində təlimlərin təşkili və təcrübə mübadiləsinin aparılması üçün mühüm platforma rolunu oynayacağı vurğulanıb.

media-senuhctisc8tllfgchv9rnosbi1a7wqrzsidbsxm_640 media-a7tf1q3caz1pnukmy05bb9eyu3m13pca1d3uo4zn_640 media-qmlrazczhuh3clbgvivdh3ogryqi04yo2nzagpgd_1200

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05