Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı PAYLAŞIM
“Prezident Əliyevlə proqramın növbəti hissəsinə olduqca qeyri-adi bir tərzdə keçirik”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Prezidenti Peter Pelleqrini sosial şəbəkə hesabında Prezident İlham Əliyevlə Ağdama səfərini əks etdirən fotoya şərh olaraq yazıb.
“Rəsmi səfər zamanı ev sahibi olan prezidentin avtomobili şəxsən idarə etməsi adət halı deyil. Mən bu dostyana jesti xüsusilə yüksək qiymətləndirirəm”, – Pelleqrini əlavə edib.













