!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 yaşlı Nərminin qətlində təqsirləndirilən şəxsin həbs müddəti artırıldı

!Reklam – Yazi

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti artırılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, müddətin artırılması ilə bağlı istintaq orqanının təqdimatına Nəsimi Rayon Məhkəməsində baxılıb.

Hakim Natavan Tağıyevanın qərarı ilə İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti beş ay artırılıb.

Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv