107 il öncə BU GÜN: Türk və Azərbaycan Orduları Bakını AZAD ETDİLƏR – VİDEO

media-hightechnic-468x90

Bu gün, türk və Azərbaycan xalqlarının çiyin-çiyinə verdiyi tarixi bir zəfərin ildönümü kimi qeyd olunur. Düz 107 il öncə – 15 sentyabr 1918-ci ildə Türk və Azərbaycan əsgərləri paytaxt Bakı şəhərini işğalçı qüvvələrdən azad etdi.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd olunub.

Qeyd edilib ki, 1915-ci ildə Çanaqqalada birlikdə döyüşən türk və Azərbaycan əsgərləri 3 il sonra bu dəfə Bakı uğrunda oxşar mübarizə apardılar. Azərbaycan 28 may 1918-ci ildə müstəqilliyini elan etmişdi, lakin paytaxt Bakı erməni dəstələri, bolşeviklər və ingilislərin işğalı altındaydı. Yardım çağırışına cavab verən Osmanlı hərbi naziri Ənvər Paşa qardaşı Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Türk və Azərbaycan əsgərləri Gəncədən Bakıya qədər irəliləyərək şəhərləri və kəndləri işğalçı qüvvələrdən azad etdilər.

Bakıya çatan ordu 1,5 ay davam edən döyüşlərdən sonra 15 sentyabrda şəhəri azad etdi. Zəfərin ardınca, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti də Bakıya köçdü. Bu mübarizədə Osmanlı ordusu 1.130 şəhid verdi.

Bu gün, 107 il sonra Türk və Azərbaycan orduları hələ də çiyin-çiyinə durur. Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri iki ölkənin qardaşlığının simvolu olaraq xatırlanır.

Daha ətraflı süjetdə:

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa