Yəməndə husi qüvvələrinə hava zərbələri endirilib: Ölənlər var

media-hightechnic-468x90

Yəmənin Marib və Əl-Cövf əyalətlərində “Ənsar Allah” hərəkatına (husilər) məxsus silah anbarları və hərbi mövqelərinə aviazərbələr endirilib.

media-banner_tuq

Yenicag.Az xəbər verir ki, bu barədə “Al Jazeera” “Yemen” TV-yə istinadən məlumat yayıb.

Bildirilib ki, hava hücumları husilərin Marib və Əl-Cövfdəki köməkçi qüvvələrini hədəf alıb.

Eyni zamanda, zərbələrin kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.

Telekanalın bildirdiyinə görə, hücumlar nəticəsində hərəkatın raket qurğuları, “Katyuşa” raketlərinin buraxılış bazası və silah anbarları məhv edilib. Hava zərbələri nəticəsində husilərin bir neçə üzvü, o cümlədən raket buraxılışı üzrə mütəxəssislər həlak olublar. Husilər hələlik bu məlumata münasibət bildirməyiblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05