!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 min manatlıq "qan pulu", qurumların ötür-ötür oyunu - Problemdən çıxış yolu necə olmalıdır?

!Reklam – Yazi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı birdəfəlik 11 min manat verilməsi ilə bağlı fərman imzalayıb.

Ancaq məsələ ilə bağlı problemlər ortaya çıxıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta” xeyli sayda insana “yox” cavabı verib. Buna etiraz olaraq bir qrup şəhid ailəsi Milli Məclisin qarşısına gedərək, deputatlarla görüş keçirib. Baş verənlərin araşdırılması üçün Milli Məclisin spikeri Oktay Əsədov insan hüquqları komitəsinə tapşırıq verib.

Yaranan probemlərlə bağlı “Ümid” partiyasının sədri İqbal Ağazadə Yenicag.az-a danışıb.

İqbal Ağazadə qeyd edib ki, fərman şəhid ailələrini tam əhatə etmir:

“Vəfat edən hərbi qulluqçular yox, torpaq uğrunda şəhid olan katiqoriyası hamısı eyniləşdirilməli idi. 1991-ci ilin oktyabr ayının 9-a qədər Azərbaycan polisi sıralarında kifayət qədər insan şəhid olub. Onların heç birinin adı siyahıda yoxdur. Necə ola bilər ki, onlar vətən uğrunda döyüşüblər, ancaq hərbi qulluqçu olmadıqları üçün onlara xalq arasında deyilən kimi “qan pulu” ödənilməsin. Bu yanlışdır. Şəhid adı ya Müdafiə Nazirliyinin, ya da məhkəmənin qərarı ilə təsdiq olunur. Şəhid adı verilən hər bir kəsə nəzərdə tutulan 11 min manat verilməlidir”.

Vaxtilə 50 min manat sığorta pulunun verilməsinin dövlət qurumları tərəfindən bəhanə gətirilməsinə gəldikdə isə partiya sədri bunları deyib:

“Vaxtilə bəzi ailələrə 50 min manat sığorta pulu verilib. 50 min manat o vaxt çox cuzi bir miqdar idi. 50 min manat, o vaxtki kursla 12.9 dollar, bugünkü kursla 22 manat edir. Bu, çox gülünc bir rəqəmdir. Ayrı-seçkilik etmək olmazdı. 1988-ci ildən bu günə qədər şəhid olmuş bütün vətəndaşlarımızın siyahısı çıxarılmalı idi. Başa düşürəm, dövlətin o qədər vəsaiti birdən-birə ödəmək çətinliyi yarana bilər. Ancaq katiqoriyalara bölünməli idi, qrafikə salınaraq hər kəsə bu məbləğ çatmalı idi. Birinə verib, digərinə verməmək təbii olaraq narazılıq və ümumi əhval ruhiyyədə məyusluq yaradır”.

İqbal Ağazadə qeyd edib ki, elələri var ki, məzarı Şəhidlər Xiyabanındadır, ancaq adı şəhid siyahısında yoxdur:

“Bu absurddur. Bu cür yanaşma məyusluq, gərginlik yaradır. Ümumi siyahı çıxarılmalı idi. Bu siyahı icra hakimiyyətlərində də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də var. Şəhid ailələrinə müraciət edilməlidir. Adı siyahıda olmayanlar, hərbi qulluqçu hesab olunmayıb polis sıralarından gedənlərin hamısı yeni bir siyahıda cəmləşməlidir. Bunun üçün də icra strukturlarına vaxt verilməlidir. Onlar da qısa zaman ərzində hazırlanıb, hər kəsin adını siyahıya daxil etməlidir. Problemin həll yolu budur”.

Səxavət Məmməd

www.yenicag.az

7237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv