Peşə tanınması ilə bağlı imtahanda uğur qazanmayanların sayı açıqlandı

media-hightechnic-468x90

“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən Yenicag.az-a verilən məlumata görə, 23 iyun 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 295 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 240 nəfəri imtahanda iştirak edib.

25 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 25% təşkil edib. İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistikanı təqdim edirik (Statistika ilə keçiddən tanış ola bilərsiniz).

Bildirilib ki, imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış 4 ixtisasın ölkələr üzrə təhlili aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600