!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

125 saylı seçki dairəsinin əksər seçicilərinə bildiriş paylanılmayıb

!Reklam – Yazi

Növbədənkənar parlament seçkilərində səsvermə günü yaxınlaşdıqca maraqlı hadisələr baş verir.

Yenicag.az xəbər verir ki, bəzi dairələrdə namizədlərin bir qismi güclü rəqiblərinin lehinə seçkidən uzaqlaşdıqlarını bəyan edir, bəzi dairələrdə mübarizə daha da qızışır.

Elə qanun pozuntuları da daha çox gərgin mübarizənin getdiyi dairələrdə müşahidə olunur. Son günlər qanun pozuntuları ilə bağlı yayılan məlumatların da sayı xeyli artıb.

Belə halların yaşandığı dairələrdən biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.

Seçicilərin verdiyi məlumata görə, səsverməyə 4 gün qalmasına baxmayaraq, evlərə seçki ilə bağlı bildirişlər göndərilməyib.

Əksəriyyətinin Bakı, Abşeron və Sumqayıtda yerləşən yataqxanalarda, məcburi köçkün şəhərciklərində məskunlaşmış seçicilər indiyədək hansı məntəqədə səs verəcəklərini bilmirlər. Nəzərə alsaq ki, bu dairənin seçiciləri ölkənin müxtəlif yerlərinə səpələnib, o zaman onlara seçki ilə bağlı bildirişlərin göndərilməsi mütləqdir.

Çünki bu dairənin seçiciləri pərakəndə şəkildə məskunlaşıblar. Ancaq bildirişlərin hələ də seçicilərə çatdırılmaması, onların bu yolla səsvermə prosesindən kənar tutulması sual doğurur.

Qeyd edək ki, seçki ilə bağlı bildirişlər Mərkəzi Seçki Komissiyasından Dairə Seçki Komissiyalarına, oradan isə seçki məntəqələrinə göndərilir. Bildirişləri evlərə çatdırmaq məcburidir. Bu sənədi evlərə paylamaq seçki məntəqələrinin üzvlərinin vəzifə borcudur.

www.yenicag.az

1329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv