13 kişi 17 yaşlı qızı 1 ay zorlayaraq işgəncə verib – VİDEO

Bir ay ərzində 13 nəfər tərəfindən zorlanan gənc qızın bədəninə təhqiramiz tatular “döydürülüb”.

Yenicag.ru-nun məlumatına görə, Mərakeşin Bəni-Mellal şəhəri yaxınlığında 17 yaşlı qızı qaçıran 13 nəfərlik cinayətkar dəstənin üzvləri onu hər gün zorlayaraq, inanılmaz işgəncələr veriblər.

Məlumata görə, cinayətkarların əlindən xilas olan qız başına gələnləri gizlətməyərək bu barədə jurnalistləri məlumatlandırıb.

Qız bildirib ki, cinayətkarlar onu zorlamaqla kifayətlənməyərək, bədənində siqaret söndürməkdən tutmuş müxtəlif tutular, o cümlədən faşist svastikası təsvirini “döydürməklə” ağır işgəncələr də veriblər.

Qızın açıqlamasından sonra yerli polis şübhəli şəxslərdən 8-ni həbs edib, qalan 5 nəfər isə axtarılır. Onların qızla bu cür davranmalarının səbəbi hələ məlum deyil.

Mərakeşli hüquq müdafiəçisi Buhra Abdunin sözlərinə görə, qızın ciddi psixoloji yardıma ehtiyacı var.

COP29