Tehranda həbs dalğası və SEPAH-ın qadağası: ABŞ-la böyük toqquşma yaxınlaşır?

media-hightechnic-468x90

“ABŞ və İran arasında qarşıdurma mümkündür”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq İran və ABŞ arasında keçirilən Oman görüşünün nəticələri haqqında öz təhlillərini bölüşüb:

“İran və ABŞ arasında münasibətlər hələ də gərgin olaraq qalır. Tehran daxilində ziddiyyətli bəyanatlar səslənir: bir tərəf nüvə sazişi çərçivəsində uranın zənginləşdirilməsini 60% azaltmağa razı olduğunu bildirsə də, digər rəsmi nümayəndələr bunun dövlətin ‘qırmızı xətti’ olduğunu vurğulayırlar.

Digər tərəfdən, İranın mühafizəkar hakimiyyəti Qərblə yaxınlaşma tərəfdarı olan islahatçı qanadın tanınmış üzvlərinə qarşı həbs dalğası başladıb. Daxili gərginlik o həddə çatıb ki, hətta SEPAH-ın nəzarətində olan bəzi televiziyalar yayımını dayandırıb.

Hazırda Amerika İrana qarşı sərt sanksiyalar tətbiq etməkdə davam edir. Hesab edirəm ki, ABŞ İrandakı mövcud sistemi zəiflətmək və dağıtmaq üçün istənilən varianta, o cümlədən müharibə ssenarisinə əl ata bilər. İrandakı hakim rejim isə islahatlara və ‘açılım’ siyasətinə maraqlı deyil; Ali Dini Rəhbər Xamneyi və mühafizəkar SEPAH elitası Qərblə danışıqların əleyhinədir.

Burada Çin faktoru da mühüm rol oynayır. Pekin, İran və ABŞ-ın razılığa gəlməsində maraqlı deyil və bu prosesə qarşı çıxır. Bütün bu amilləri nəzərə alaraq, tərəflər arasında hərbi qarşıdurmanın mümkün olduğunu düşünürəm.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05