Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycan İsrailə kömək göndərir

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildəki meşə yanğınları ilə bağlı kömək etməyə hazırlaşır.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, İsrail Dövlətinin Hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan Respublikasının Hökumətinə müraciət edib.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.


Отправлено из Быстрого блокнота

www.yenicag.az

268