!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

15 aptek məhz bu əməlinə görə cərimələndi

!Reklam – Yazi

104964_res_01Səhiyyə Nazirliyi dərman vasitələrinin reseptsiz satışını həyata keçirən 15 apteki cərimələyib, 11 həkimlə bağlı inzibati tədbirlər görüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirilir. Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib. Aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protokollar tərtib edilmiş, cərimələr tətbiq olunub. Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülüb.

Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir.

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv