Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

15 iyuldan sonra Turan Yazqan məktəblərinin əhəmiyyətini anladılar - FOTO

Azərbaycan Dövlət Dram Teatrında Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin 25 illiyi, həmçinin məzun günü qeyd olunub.

Yeniçag.az xəbər verir ki, tədbirdə türk dünyasının öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, TDAV-ın qurucusu Turan Yazqanın, həmçinin, şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə dövlət himnləri oxunub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, keçmiş millət vəkili Sabir Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin başqanı Tənzilə Rüstəmxanlı, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, lisey rəhbərliyi, Türk Dünyası Araşdırmalar Vəqfinin yaradıcısı Turan Yazqanın ailəsi, müəllimlər, məzun olan tələbələr və valideynlər iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Atatürk Liseyi ilə hər zaman qürurlandığını dilə gətirib. O 25 illik zaman kəsiyində liseyin cəmiyyət üçün savadlı, ağıllı gənclər yetişdirdiyini vurğulayıb: “Bakı Atatürk Liseyi ilə biz hər zaman fəxr edirik. Lisey yarandığından 25 il keçir. Bu müddət ərzində lisey millətini sevən, savadlı, qabiliyyətli, üstün dünya görüşlü gənclər yetişdirib. Məzun olan gənclərin həm Azərbaycan, həm də Türkiyə üçün faydalı olacaqlarına əminəm. Biz bu liseyin qürur mənbəyi olduğunu ötən ilin 15 iyulunda bir daha anladıq. Türkiyə ötən il çox çətin bir imtihandan keçdi. Gələcəyimizə baxarkən, bizi ümüdləndirən işarələr var. Bakı Atatürk Liseyi bu işarələrdən biridir. Atatürk Liseyi cəmiyyətə 25 il içərisində vətəninə bağlı, tarixini bilən, ideallarına sadiq məzunlar verdi. Biz bu liseyin məzunlarının “bir millət, iki dövlət” fəlsəfəsinə sadiq olduqlarına əminəm. Azərbaycanı da, Türk Dünyasını da gələcəyə aparan bu liseyin məzunları olacaqdır”. 

 

Deputat Qənirə Paşayeva 25 illik yol keçən Bakı Atatürk Liseyinin məzunlarını təbrik edib, onlara gələcək həyatlarında uğurlar diləyib. Atatürk liseyinin gələcəkdə daha da genişlənərək, inkişaf edəcəyini arzulayib: “Türk dünyasının böyüməsini istəməyənlər çoxdur. Bununla mübarizə aparmaq üçün biz hər zaman bir olmalıyıq”.

Hələ bu lisey yaranmamışdan öncə Turan Yazqanla yaxın dost olduğunu xatırlayan Sabir Rüstəmxanlının çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb:

“Hələ lisey yaranmamışdı, biz Turan Yazqanla dostluq edirdik. Deyirdi ki, aramızdan su da sızmaz. Onun yaratdığı məktəb Ataturk məktəbidir, Fetö məktəbi deyil. Atatürk dünyaya azadlıq, həqq, torpaq üçün vuruşmaq, ədalət, ona-buna əyilməzlik dərsi vermişdi. Bu həm Atatürk liseyidir, həm də Turan Yazqan liseyi. Turan Yazqan türk dünyasının birliyini, gələcəyini düşünürdü. Turan Yazqan uşaqlarımızın əyilmədən, sınmadan böyüməsini istəyirdi. İstəyirdi ki, uşaqlarımız bu duyğu ilə tərbiyə alsın, əyilmədən, sındırılmadan böyüsünlər. Bilsinlər ki, onlarin milləti böyük millətdir, şərəfli tarixi olan bir millətdir. Turan Yazqan Türkiyənin tarixinə qovuşmuş bir şəxsiyyətdir. O, heç kimə möhtac olmadan bu məktəbləri yaratdı. Heç kimdən yardım almadan, heç kimə əl açmadan, heç bir xarici dövlətin nökəri olmadan bu məktəbi Azərbaycanda açdı. Allah ona rəhmət eləsin. Belə kişilərin ruhu həmişə bizimlə yaşayacaq. İndi də burda onun ruhu var”.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, lisey məzunları musiqi nömrələri ilə çıxış edib. 25 illik yubiley münasibəti ilə zəhməti keçən müəllimlər mükafatlandırılıb.

Cəvahir Səlimqızı

Foto:Cəmalə Əlizadə

Yeniçag.az

www.yenicag.az

1372
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100