16 yaşlı Azərbaycanlı Rusiyanı heyrətləndirdi

media-hightechnic-468x90

73345Daha bir həmyerlimiz məşhur “Voice” müsabiqəsinin Rusiyada yayımlanan versiyası “Qolos” səs yarışmasına qatılıb.

Eldar Əhmədov adlı iştirakçı Müslüm Maqomayevin məşhur “Funiculi, Funicula” (“Funikulyor”) mahnısını səsləndirib.

16 yaşlı azərbaycanlı ifaçı növbəti mərhələyə keçə bilməsə də, ümumilikdə münsiflər tərəfindən çox bəyənilib. Həmyerlimizin yaşının az olmasına baxmayaraq, möhtəşəm ifa nümayiş etdirməsi onların heyrətinə səbəb olub.

Qeyd edək ki, “Qolos” səs yarışmasının münsif kürsüsündə Leonid Aqutin, Aleksandr Qradskiy, Pelaqeya və Dima Bilan kimi məşhurlar əyləşib.

Adıçəkilən müsabiqədə daha əvvəl digər həmyerlimiz Atəş Abbasov da iştirak etmişdi. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600