Rayonlara leysan yağır – FAKTİKİ HAVA

media-hightechnic-468x90

Ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.

media-banner_tkm

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, iyulun 7-si saat 9:00-a olan məlumatına əsasən yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.

Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05