Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

16 yaşlı gəlinin ölümü ilə bağlı yeni FAKTLAR - VİDEO

Yanvarın 29-u səhər saatlarında Masallının Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın öldürülməsi haqda yeni məlumatlar üzə çıxıb.

Fatimə Qəmbərova həyat yoldaşı İman Məmmədov, qayınata, qaynana və 5 yaşlı baldızı ilə bir evdə qalırmış.

Qonşuları deyib ki, yanvarın 10-da toyları olub. Onların ailəsində mübahisələr baş verməyib.

Ailə yaxınlarından aldığımız ilkin məlumatlara görə, hadisənin baş verdiyi günün səhəri, saat 8 radələrində ailə üzvləri ilə birgə evdən çıxan Fatimə qayınanasını Bakıya yola salıb, qayınata da işə gedib.
Fatimə, İman və 5 yaşlı baldızı yenidən evə qayıdıb və güman olunur ki, yatıblar. Saat 10:30-da yuxudan duran İman Fatimənin ağzından köpük gəldiyini görüb və aidiyyəti üzrə məlumat verib. Mərhumun ölümünə səbəb kimi səhhətində olan problem göstərilib. Ancaq gəlinin qohumları bunları təkzib edib.

Lakin məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı mərhumun boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Mərhumun ölümünə səbəb boynunun sıxılması nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məlum olub ki, Fatimə Qəmbərovanı 2 həftə əvvəl evləndiyi 19 yaşlı Xoşçobanlı kənd sakini İman Məmmədov yaşadıqları evdə yaranmış mübahisə zamanı əlləri ilə boğub. O, sonradan bunu etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir. Artıq İman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.

İman Məmmədovun oxuduğu Sığıncaq kənd orta məktəbində müəllimə işləyən İhamə Əsgərova Axar.az-a açıqlamasında deyib ki, İman oğlumla bir sinifdə oxuyub, çox sakit uşaq idi. “O, ibtidai sinifdə dərs dediyi İman Məmmədovun belə bir qətli törədən biləcəyini ağlına gətirmədiyini bildirib. Bu hadisə necə oldu, anlaya bilmirik. İman çox sakit və tərbiyəli uşaq idi. Gözündə problem var idi, zəif görürdü. Hamı onu uşaq gözündə baxırdı. O, evlənəndə hətta hamı İmanın ailəsini qınamışdı”.

İ.Əsgərova Fatimə ilə İmanın 3 il nişanlı qaldıqlarını söyləyib:

“Aralarında söz-söhbət olması ilə bağlı bir xəbər çıxmamışdı. Amma bu hadisədə günahkar valideynlərdir. Çünki oğlanın yaşı az idi, evlilik üçün hazır deyil idi”.

Fatimənin xəstə olduğunu iddialarını isə Fatimə Qəmbərovanın yaşadığı Həsənli kəndində nənəsinin qonşuluğunda yaşayan adının çəkilməsini istəməyən qadın təkzib edib.

O bildirib ki, Fatimədə heç bir xəstəlik olmayıb.

“Fatimə gözümüzün qabağında böyüyən uşaqdır. Onda heç bir xəstəlik olmayıb, onlar öz cinayətlərini gizlətmək üçün qıza belə şər atırlar. Onlar 3 ilə yaxındır ki, nişanlı idilər. Necə olub ki, bu günə qədər xəstə olduğunu bilməyiblər?”.

Onun sözlərinə görə, Fatimə İmanla ailə qurmağa məcbur edilib:

“Qız toy günü narazı və könülsüz idi. Hiss olunurdu ki, o oğlana getmək istəmir. Uşaq idi, səsini çıxara bilmirdi. Bildiyimizə görə də Fatiməni İmana nənəsi verib. O vaxtı deyirdilər ki, Fatiməni nənəsi xəstə bir oğlana verib. Biz hamımız nənəni qınasaq da, heç bir xeyri olmadı”.

Qeyd edək ki, İman Məmmədovun həddən artıq zəif, cəmi 40 kq çəkidə və boyca balaca olması səbəbindən hərbi xidmətə aparılmadığı bildirilir. Yayılan toy videosunda da onun hələ tam yetkinləşmədiyi görünür.

Qeyd edək ki, Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərova 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürülüb.

 

www.yenicag.az

1103
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100