Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

16 yaşlı qız "İlin adamı" seçildi - FOTO

“Time” jurnalı 16 yaşlı ekoaktivist Qreta Tunberqi “İlin adamı” elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalın “Twitter” hesabında paylaşım edilib.

“Time” Tunberqin fotosunu “Qreta Tunberq” və “Gəncliyin gücü” sözləri ilə paylaşıb.

İsveçli yeniyetmə Qreta Tunberq son bir ildir haqqında ən çox danışılan aktivistlərdən biridir. İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən 16 yaşlı məktəblinin fəaliyyətinin ilkin mərhələsi “İqlim üçün məktəb tətili”dir.

O, keçən il avqust ayında məktəbə getməkdən imtina edərək İsveç Parlamenti qarşısında tətilə başlayıb. 2019-cu il martın 15-də 112 ölkədən təxminən 1 milyon 400 min şagird bu aksiyaya qoşulub.

Tətillərlə yanaşı, Qreta bir çox etiraz aksiyası və beynəlxalq tədbirlərdə iştirak edib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

752
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM