Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir.
Yeniçağ.Az xəbər verir ki, Azərbaycan gimnastları Svetlana Makştarova və Veronika Zemlyanaya batut gimnastika üzrə sinxron proqramda 46.350 balla ikinci yeri tutaraq, gümüş medalına sahib olublar.
Qızıl medala belaruslu cütlük Anna Qorçenok və Tatyana Petrenya (49.400 bal), bürünc medala isə Portuqaliya təmsilçiləri Beatris Martins və Silviya Sayote (45.050) yiyələniblər.
Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.
Yeniçağ.Az