17 yaşlı Nobel mükafatçısı danışıb
“Hələ də inana bilmirəm. Amma bu mükafatın məni cəsarətləndirmək üçün verildiyini bilirəm”.
Dünən Nobel sülh mükafatına layiq görülən Məlalə Yusufzay bu mükafata layiq olmadığını deyib.
Təhsil aldığı İngiltərənin Birminqhem məktəbində xəbəri öyrənən Məlalə mətbuat konfrasındakı çıxışına “Bismillah-ir Rahmən-ir Rahim” deyərək başlayıb. 17 yaşlı Malala bu Nobelə layiq görülən ən gənc insandır. Dərs vaxtı xəbəri alan qız dərsi yarıda kəsməyərək günün bitməsini gözləyib. O, bu mükafatı alan ilk pakistanlı olduğu üçün qürur duyduğunu bildirib.
Apardığı mübarizədə dəstək olan ailəsini də unutmayıb: “Atam hər zaman mənə çox şey verə bilmədiyini deyərdi. Amma atam qanadlarımı heç vaxt kəsmədi. Mənə uçmağa icazə verərək, məqsədlərimə çatmağımı geçəkləşdirdiyi üçün atama minnətdaram”. (avropainfo.az)