Çində iki güclü zəlzələ baş verdi
Çinin şimal-qərbində yerləşən Çinqey əyalətində 5,7 və 5,8 bal gücündə iki zəlzələ qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Çinqey əyalətinin paytaxtı Xininqdən təxminən 244 kilometr məsafədə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində ölən, yaralanan və ya hər hansı maddi ziyanla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.













