ABŞ və İranın "pərdəarxası" bazarlığı: Qırmızı dənizdə hərbi gücün limiti bitdi?

media-hightechnic-468x90

ABŞ və İranın pərdəarxası təmasların gündəliyini genişləndirərək Bab əl-Məndəb boğazı və Qırmızı dənizdəki vəziyyəti müzakirələrə daxil etməsi, eyni zamanda hüsilərin Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etməsi ilə bağlı xəbərlər yayılıb.

media-banner_tuq

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, tərəflər arasında diplomatik danışıqlar iki əsas dəniz marşrutu Bab əl-Məndəb və Hürmüz boğazları ətrafında cərəyan edir.

media-media-1758263661_eziz-ue28t7-1

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə hərbi yolla nəticə əldə etmək imkanları tükənib:

“Danışıqlar iki ana kontekstdə Bab əl-Məndəb və Hürmüz boğazları ətrafında gedir. Hər halda hərbi strategiyada limitlər zorlanıb və bundan o tərəfə sırf hərbi yolla nəticə almaq mümkün deyil. Məhz bu səbəbdən danışıqlar prosesi əsas “qızıl orta” hesab olunur. Çünki hərbi güclə yekun nəticəni əldə etmək mümkün olmadı və bu qeyri-müəyyənlik qlobal ticarətdə Amerika Birləşmiş Ştatlarını kifayət qədər sıxışdırır.”

Politoloq xüsusilə “proksi” (vasitəçi) qüvvələr üzərindəki nəzarət mexanizminə və hüsilərin hamlesinə diqqət çəkib:

“Proksi qüvvələr üzərində nəzarətə gəldikdə, proses göstərdi ki, hüsilər Səudiyyə Ərəbistanını faktiki olaraq oyundan kənar vəziyyətə salmağı bacardılar və dənizdə blokadanı uğurla həyata keçirdilər. Ona görə də Vaşinqton və müttəfiqlərinin əsas istəyi heç olmasa bu aktivliyi dayandırmaqdır.”

Əziz Əlibəyli Pakistanın proseslərə mümkün müdaxiləsinin regional geopolitikaya təsirini də qiymətləndirib:

“Pakistanın münaqişəyə qoşulması məsələsində güclər balansının dəyişməsi prosesi müşahid olunur. Pakistan Səudiyyə Ərəbistanının hərbi müttəfiqidir. Lakin İslamabadın müharibəyə birbaşa qoşulmaması daha yaxşı variant ola bilər. Çünki Pakistan İslam dünyasında yeganə nüvə silahına malik dövlətdir. Burada şiə İrana qarşı sünni bloku çərçivəsində Pakistanın güclənməsi də önəmli faktordur”.

Ekspert sonda bölgədə böyük güclərin maraqlarının toqquşduğunu və Pakistan-İran xəttindəki riskləri vurğulayıb:

“Çin və ABŞ maraqları da bu regionda birbaşa toqquşur. Unutmaq olmaz ki, İslamabad Pekinin ən yaxın müttəfiqlərindən biridir. Eyni zamanda, Pakistan-İran münasibətlərində də müəyyən gərginlik var və bunun daha da dərinləşmə ehtimalı yüksəkdir. Pakistanın ABŞ-İran məsələlərində bu dərəcədə aktiv görünməsinin kökündə duran əsas səbəblərdən biri də məhz budur”.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05