18 saylı avtobus qəza törətdi

media-hightechnic-468x90

42191Bakının Yasamal rayonunda avtobusla minik maşını toqquşub.

27 yaşlı Nurəli Məmmədovun idarə etdiyi “Daevoo” markalı avtobus Məhəmməd Xiyabani küçəsi ilə Bakı dairəvi yolu istiqamətində hərəkətdə olan zaman əks tərəfdən gələn 21 yaşlı Vəli Şıxəlizadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub.

18 saylı marşurut xətti üzrə hərəkət edən avtobus dayanacağa getdiyi üçün maşında sərnişin olmayıb.

Qəza ilə bağlı araşdırma aparılır. Qəzanın hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki ekspertizaların rəyindən sonra məlum olacaq. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600