Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

18 yaşlı gənc də kosmosa uçur - FOTOLAR

18 yaşlı amerikalı Oliver Demen iyulun 20-də amerikalı milyarder Ceff Bezosa qoşularaq kosmosa uçacaq. O, 28 milyon dollarlıq uçuş qazanan anonim açıq hərrac iştirakçısını əvəz edəcək. Bununla da kosmosa uçan ən gənc insan kimi tarixə düşəcək.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Bezosun kosmik şirkəti “Blue Origin” xəbər yayıb.

Bildirilir ki, auksionun qalibi bir növ “daxili qarşıdurma” səbəbindən tapşırığı yerinə yetirə bilməyib. Şirkət uğursuz uçuş üçün pulu necə qaytaracaqlarını açıqlamayıb.

Yeniyetmə Bezosun ortaqlarından biri olan “Somerset Capital Partners” şirkətinin baş direktoru Cos Demenin oğludur.

Demen ikinci uçuş üçün yer qazanmışdı, lakin müsabiqənin qalibi iştirakdan imtina etdiyi üçün ilk o, uçacaq.

Gəncin kosmik səyahət biletinin neçəyə başa gəldiyi açıqlanmayıb.

www.yenicag.az

218
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100