Yaponiyada zəlzələnin sayı ARTDI

media-hightechnic-468x90

Yaponiyada son 16 gündə 1.592 zəlzələ baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Kaqosima prefekturasına bağlı arxipelaq 21 iyun–7 iyul tarixləri arasında zəlzələlərlə sarsılıb.

Bu müddət ərzində bölgədə 1-6 bal arasında dəyişən 1592 zəlzələ qeydə alınıb. Ən güclü təkanlar iyulun 6-da 4,9 və 5,5, iyulun 7-də isə 5,1 bal gücündə olub.

“Kyodo” agentliyi bildirir ki, baş verən zəlzələlər nəticəsində ölən, yaralanan və dağıntılar barədə məlumat yoxdur. İyulun 3-dən etibarən bölgədən təxliyə prosesi davam edir.

Nazirlər Kabinetinin baş katibinin müavini Aoki Kazuhiko jurnalistlərə verdiyi açıqlamada arxipelaq sakinlərinin təhlükəsiz şəkildə təxliyəsinin əsas məqsəd olduğunu vurğulayıb.

Göycə Göycəyev

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05