İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

media-hightechnic-468x90

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, diplomat Rusiyanın İsveçdəki ticarət nümayəndəliyinə hücum edilməsi ilə əlaqədar çağırılıb.

Qeyd edilib ki, diplomat təxminən 10 dəqiqədən sonra xarici siyasət idarəsinin binasını tərk edib.

Səfirlikdən bildirilib ki, bu cür hadisələr artıq bir ildən çoxdur ki, davam edir.

Qeyd edək ki, iyulun 5-də Rusiyanın Stokholmdakı səfirliyi ölkənin İsveçdəki ticarət nümayəndəliyinin binasına növbəti hücum barədə məlumat yayıb. Ticarət nümayəndəliyinin ərazisinə pilotsuz uçuş aparatından boya paketinin atıldığı dəqiqləşdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600