İran yenidən SİLAHLANIR – İsrailə cavab tələsi QURULUR

media-hightechnic-468x90

“İran hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələrinin sayını artıracaq”.

Bu fikri İranın Çindən “J-10C” döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri almasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

Onun sözlərinə görə, İran növbəti dəfə İsrailin hücum etmək ehtimalına qarşı hazırlıq görür:

“İran 12 günlük toqquşmadan dərhal sonra zəif tərəflərini müəyyən etdi. Hətta toqquşmalar davam edə zaman hava hücumundan müdafiə sistemləri tədarükü etdi. Toqquşma bitər-bitməz hava hücumundan müdafiə qoşunlarının təlimlərini həyata keçirdi. Ardınca İranın müdafiə naziri Çinə səfər etdi. Səfər zamanı iddialar yaranmışdı ki, “J-10C” döyüş təyyarələri ala bilərlər. Artıq müqavilə bağlanıb və “J-10C” döyüş təyyarələrinin bir qismi İrana çatdırılıb. Bundan əlavə, İran Çindən hava hücumundan müdafiə sistemləri də alacaq. Bundan əlavə Rusiyadan da “S-300”, “S-400”  hava hücumundan müdafiə sistemləri ala bilər”.

Onun fikrincə, bir çox ekspertlər iddia edir ki, İsrail və ABŞ İrana yenidən hücum edə bilərlər:

“İran da bunu ciddiyə alır. Bu baş verməsə belə İranın zəif yerləri bunlar idi. Ona görə də hücum olsa da, olmasa da, İran bunu edəcəkdi. Hesab edirəm ki, İran hərbi gücünü artırmaq üçün addımlar atacaq. Onsuzda ballistik və hipersonik sahəsində İran çox inkişaf edib. Bundan sonra İran zəif yerlərini inkişaf etdirəcək”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600