“Qarabağ”ın oyunlarının başlama saatı bəlli oldu

media-hightechnic-468x90

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Teleqraf-a klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Bu barədə UEFA-ya da müvafiq qaydada məlumat verilib.

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisinin hansı rəqiblə üz-üzə gələcəyi bilinməsə də, ilk oyunun iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də başlayacağı da dəqiqləşib.

Qeyd edək ki, hazırda Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama matçını keçirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa