Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
“Rusiya bilməlidir ki, Azərbaycanın Türkiyə və Pakistan kimi hərbi müttəfiqləri var”.
Bu sözləri Rusiya və Azərbaycan arasındakı gərginlik və gözlənilən nəticələri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, Rusiya Azərbaycana böhtan atmaqla məşğul idi:
“Rusiya Azərbaycana təzyiq edir, ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın Türkiyə və Pakistan kimi hərbi müttəfiqləri var. Xankəndində toplantıdan sonra vəziyyət dəyişməyə başladı. Kremldən bildirdilər ki, Azərbaycanla münasibətləri yaxşı olub, bundan sonra da yaxşı olacaq, Azərbaycan həmişə Rusiyaya yardım əlini uzadıb, bundan sonra da yardım əlini uzadacaq. Putin nümayəndə heyəti ayırıb. Onlar Azərbaycana səfərə gələcək. Həm təyyarənin vurulmasına görə ödəniləcək təzminat, həm də digər məsələlər müzakirə edəcəklər. Hesab edirəm ki, bundan sonra proses sabitləşəcək və ölkələr arasında nisbətən yumşalacaq”.
Səxavət Məmməd