19 nəfəri ilan sancıb

media-hightechnic-468x90

792959bd-f3c2-4d44-9b16-9019746064cdBu il may ayının 1-dən indiyədək Azərbaycanda 19 nəfəri ilan sancıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, 16 hadisə ötən ay, 3 hadisə isə bu ay qeydə alınıb. Zərərçəkənlərdən 15-i xəstəxanaya yerləşdiirlib, onlardan da 2-si azyaşlıdır. İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 3 nəfər müalicəsini davam etdirir. İlan sancma halları Şamaxı, Qəbələ, İsmayıllı və Bakıətrafı qəsəbələrdə-Zirə, Qaradağ və digər ərazilərdə baş verib.

A.Maqsudov qeyd edib ki, bu günə kimi əqrəb sancması ilə bağlı 1 müraciət daxil olub. Qaraqurd sancması faktı isə qeydə alınmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa