19 ölkənin idmançıları Bakıda

media-hightechnic-468x90

14339537283050731813_750x500Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya, Böyük Britaniya və digər ölkələrin idmançıları Azərbaycana gəliblər.

Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllülər qarşılayıblar.

İdmançılar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

Qonaqlar arasında həmin ölkələrdən olan media təmsilçiləri və nümayəndə heyətlərinin digər üzvləri də yer alıblar.

Oyunlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin qarşılanması ilə əlaqədar “Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah fasiləsiz rejimdə fəaliyyət göstərir. (Azərtac)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600