!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

19 yaşlı sevgilisini öldürüb zibilliyə atan oğlana hökm oxundu

Gəncədə sevgilisini öldürməkdə təqsirləndirilən Sərdar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenicag.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəfərov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin fevralında baş verib. Əvvəlcə itkin düşən 19 yaşlı Pərvin Musayevanın meyiti şəhərin Avtozavod deyilən ərazisində zibil poliqonundan tapılıb. Məlum olub ki, onu 20 yaşlı sevgilisi Sərdar Cəfərov qısqanclıq zəminində boğaraq öldürüb və zibillikdə gizlədib. Meyit eroziyaya uğramış vəziyyətdə tapılıb.

Sərdarla Pərvin Azərbaycan Dövlət Aqrar Universitetində tələbə yoldaşı olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər. Rəsmi açıqlamaya görə, sevgilisi Pərvini maşında boğaraq öldürüb. Maşında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini və ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini deyib./Qafqazinfo/

www.yenicag.az

116
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100