Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“190 manat üçün yenidən müraciət nəzərdə tutulmayıb” – Nazirlikdən RƏSMİ AÇIQLAMA

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar 600 min nəfərə yenidən 190 manat dəyərində birdəfəlik ödəmə təyin olunacaq. Yardımı alacaq şəxslər daha öncəki sərtləşdirilmiş karantin ərəfəsində qeydiyyatdan keçmiş vətəndaşlar olacaq.

Ötən müddət ərzində həmin 600 min nəfər içərisində artıq işləyənlər var. Yaxud, həmin vaxt işləyən bir çox vətəndaşlarımız hazırda işsizdir. Onların aqibəti necə olacaq, qeydiyyat sistemi yenidən işə salınacaqmı?

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmisi Əsmər Nəcməddinqızı Yenicag.az-a açıqlamasında vətəndaşları narahat edən bu məsələyə aydınlıq gətirib.

Nazirliyin sözçüsü ödəmələrin yenidən yoxlamalar əsasında veriləcəyini bildirib:

“Ödəmələr başlayan zaman yenidən yoxlamamalar aparılacaq. Bu müddət ərzində kimlər işə qəbul olunubsa, məşğul şəxs sayılırsa, onlara təbii ki, 190 manat ödəmə olmayacaq”.

Həmin vaxt işləyən və hazırda işsiz olan vətəndaşlarımızın aqibətinə gəlincə Ə. Nəcməddinqızı bununla bağlı qərarın açıqlanmadığını deyib:

“Sonradan işini itirib, işsiz statusu alanlarla bağlı Nazirlər Kabinetinin qərarını gözləyirik. Qərar bəlli olandan sonra detallar açıqlanacaq. Hələ ki, bu barədə heç nə deyə bilmərik”.

Qeydiyyat sisteminin yenidən aktivləşdiriləcəyinə gəlincə, nazirliyin rəsmisinin cavabı belə olub:

“Yenidən müraciət nəzərdə tutulmayıb, ödəmələr aprel ayında aparılan qeydiyyat üzrə olunacaq”.

Cəvahir

www.yenicag.az

560