!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

1940-cı ildən bəri ən yüksək temperatur: Çox sayda ölən var - Minlərlə insan xəstəxanaya yerləşdirildi

!Reklam – Yazi

Yaponiyada anomal istilər səbəbi ilə ölkə daxilində ən az 19 nəfərin öldüyü, 9 min 105 nəfərin isə isti vurması səbəbindən xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrində bu ayın əvvəlindən təsirli olan yüksək tempraturun fəsadları özünü göstərməyə başlayıb. Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin Yanğından Mühafizə və Fəlakətlərin İdarə Olunması İdarəsindən verilən açıqlamada iyulun 1-dən 7-dək ölkənin 14 ştatında yaşayan ən azı 19 nəfərin isti vurması nəticəsində öldüyü bildirilib.

Bildirilib ki, eyni dövrdə 9 min 105 nəfər istilik vurması əlamətləri ilə xəstəxanaya yerləşdirilib, halların 5 min 378-i isə 65 və yuxarı yaşda olan insanlardır.

Səlahiyyətlilər zərurət olmadıqca çölə çıxmamaq və evdə kondisioner istifadə etmək barədə xəbərdarlıq edib, həmçinin bol su içməyə çağırıblar.

Yaponiyanın müxtəlif bölgələri bu ayın əvvəlindən həddindən artıq istilərə məruz qalıb, ölkənin bir çox əyalətlərində havanın temperaturu 35 dərəcəni keçib. Bu yay temperatur rekordu ötən bazar ölkənin Şizuoka şəhərində qeydə alınıb və termometrlər 40 dərəcəni göstərib. Bu tempraturun 1940-cı ildən bəri şəhərdə qeydə alınan ən yüksək temperatur olduğu açıqlanıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv